SON DƏQİQƏ! Erməni kilsəsindən ŞOK QƏRAR-“Kəlbəcərdəki monastır artıq…”

“Erməni Apostol Kilsəsinin rəhbərliyi Kəlbəcər rayonundakı Xudavəng monastırını artıq Azərbaycan ərazisindəki kilsə kompleksi hesab edir”.

KAİM.az xəbər verir ki, bu barədə jurnalist Elçin Alıoğlu məlumat verib.

Jurnalist Kəlbəcərdəki qədim alban monastırı ətrafındakı son gəlişmələrə diqqət çəkib:

“Erməni Apostol Kilsəsinin rəhbərliyi Kəlbəcər rayonundakı Xudavəng monastırını artıq “Azərbaycan ərazisindəki kilsə kompleksi” hesab edir. Bu isə Eçmiədzinin birmənalı şəkildə geri çəkilməsidir.

Xudavəng monastırının alban-udin dini, tarixi və mədəniyyət abidəsi olmasını Eçmiədzin qəbul etməsə də, bundan sonra sözügedən kilsəyə ”sarkavaq” (ayinlərdə iştirak edən şəxs) və ”dlir” (qiraətçi) yollamamağa qərar verir.

Mahiyyət etibarilə monofizit olan erməni kilsəsində katolikos səviyyəsində qəbul edilən belə qərarlar adətən konkret kilsədən Eçmiədzinin ”əlini üzməsi” zamanı keşişlər arasında ”xidməti göstəriş” qismində yayılır”./konkret.az

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin