Sahibə Qafarova və Şentop Bakıda keçiriləcək İƏT PA-nın iclasına hazırlığı müzakirə edib

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova arasında telefon danışığı olub.

Haqlı.az xəbər verir ki, bu barədə TBMM sədri “Twitter“ hesabında qeyd edib.

“Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə telefon danışığı zamanı Azərbaycan xalqının Ramazan bayramını təbrik etdik. Regionda baş verənləri müzakirə etdik, may ayında Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının iclasının əhəmiyyətindən bəhs etdik”, – Mustafa Şentop qeyd edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin