Prezident Bakıda məktəb tikintisinə 15,6 milyon manat ayırıb

Prezident İlham Əliyev Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Haqlı.az xəbər verir ki, sərəncama əsasən, Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.37.1-ci yarımbəndində nəzərdə tutulmuş 15 milyon 650 min manat vəsait bu Sərəncama əlavəyə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncama əlavədə nəzərdə tutulmuş bölgüyə uyğun olaraq maliyyələşməni təmin etsməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin