“Bir neçə gün öncə Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı keçirilib. Qurultay Azərbaycanın Cənubi Qafqazın lideri olduğunu nümayiş etdirdi”.
Haqlı.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti Qurultayda geniş və dərin məzmunlu nitq söyləyib: “Bu nitq qarşıdakı dövr üçün əsas vəzifələri müəyyən edib”.