Ukrayna səfiri Azərbaycan xalqına təşəkkür edib

“Verdiyi dəstəyə görə qardaş Azərbaycan xalqına səmimi qəlbdən təşəkkür edirik”.

Haqlı.az-ın xəbərinə görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Facebook” hesabında bildirib.

“İnsan münasibətlərinin səmimiyyəti məhz çətin anlarda sınanır, çünki əsl dost dar gündə tanınır. Ölkəmizə, igid və yenilməz əsgərlərimizə, düşmənə kişilərlə birlikdə mərdliklə sinə gərən analarımıza, həyat yoldaşlarımıza və bacılarımıza, öz doğma və azad torpağında böyümək, oxumaq istəyən övladlarımıza verdiyi dəstəyə görə qardaş Azərbaycan xalqına səmimi qəlbdən təşəkkür edirik. Vətəndaş mövqeyinizdən təsirləndik və biganə qalmadığınız üçün minnətdarıq. Biz qalib gələcəyik!” – səfir paylaşımında vurğulayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin