“Bakı evi”ndə MÜNAQİŞƏ – İki erməni yaralandı, biri ÖLDÜRÜLDÜ

Moskvanın “Baku House” restoranında dava düşüb, nəticədə Ermənistan vətəndaşları bıçaqlanıb.

Haqlı.az-ın “Moskovski Komsomolets”ə istinadən məlumatına görə, hadisə bazar günü gecə Rusakovskaya küçəsində baş verib. Səhər saat 03:30 radələrində “Baku House” restoranının yaxınlığında vətəndaşlar arasında münaqişə başlayıb və nəticədə bıçaqlı davaya çevrilib.

Nəticədə ikisi 30 yaşlı əkiz qardaş olan üç Ermənistan vətəndaşı ağır yaralanıb. Onlardan biri ertəsi gün xəstəxanada dünyasını dəyişib, ikincisi mədə yarası ilə xəstəxanaya yerləşdirilib. Üçüncü erməni döş qəfəsi yarası ilə xəstəxanaya aparılıb.

Cinayəti törətməkdə şübhəli bilinən Qafqaz əsilli, 25-30 yaşlarında olan kişi axtarışa verilib. Münaqişənin səbəbləri müəyyən edilir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin