Bakıda avtomobilləri yandıran şəxs tutulub

Bakıda iki avtomobil yandırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 20-də rayon ərazisində ayrı-ayrı şəxslərə məxsus “Lexus” və “Hyundai” markalı avtomobilləri yandırmaqda şübhəli bilinən Lənkəran şəhər sakini R. Abbasov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin