DİN: Tovuzda naqil oğurlayan bir nəfər ölüb, iki nəfər tutulub

Daxili İşlər Nazirliyi Tovuzda baş verən bədbəxt hadisə ilə bağlı açıqlama yayıb.

DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımovun verdiyi məlumata görə, Əyyublu kənd sakini 1988-ci il təvəllüdlü Yasin İbrahimov dostları ilə kənd ərazisindəki artezian quyularının birində elektrik paylayıcısından naqil kəsmək istəyən zaman onu cərəyan vurub.

Nəticədə o, hadisə yerində dünyasını dəyişib. Hadisə ilə bağlı artıq iki nəfər polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Hazırda onların digər cinayət işlərinin olub-olması araşdırılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin