DİN-dən polis əməkdaşına xəsarət yetirilməsi barədə AÇIQLAMA

Daxili İşlər Nazirliyi Göyçay rayonunda polis əməkdaşına hücum edilməsi ilə bağlı məlumat yayıb.

Haqlı.az xəbər verir ki, aprelin 27-də, saat 16 radələrində Göyçay rayonunun Bığır kəndində kənd sakini Nursoltan Məmmədov rayon icra hakimiyyəti başçısının kənd üzrə nümayəndəliyinin inzibati binasına gəlib, mübahisə yaradıb.

Bu zaman onu sakitləşdirməyə çalışaraq nizam-intizama dəvət edən rayon polis şöbəsinin əməkdaşı Şahin Xalidovun qanuni tələblərinə məhəl qoymayaraq inzibati binanın divarına bərkidilmiş lövhəni sındıraraq bir hissəsi ilə sonuncuya yüngül bədən xəsarəti yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

N.Məmmədov saxlanılaraq istintaqa cəlb edilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin