DGK ilin əvvəlindən 53 cinayət faktı aşkarlayıb

Birinci rübdə Dövlət Gömrük Komitəsi tərəfindən cinayət xarakterli 53 fakt aşkarlanıb.

Haqlı.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi (DGK) açıqlayıb.

Komitədən bildirilib ki, bunlardan 20-si narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 25-i isə qaçaqmalçılıq və digər cinayət xarakterli faktlardır. Bu əməlləri törədən şəxslərin sayı 58 nəfər olub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin