“Yuventus” yığmamızın eks forvardının oğlunu 20 MİLYONA ALIR

“Yuventus” “Rubin”in və Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliyanı 20 milyon avroya almağa hazırdır.

KAİM.az-ın məlumatına görə, Turin təmsilçisi bu məbləği cari mövsümün yekununda Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə ödəyəcək.

Bildirilir ki, “Milan” Kvaratsxeliya ilə mübarizədə “Yuventus”u geridə qoyur. “Qırmızı-qaralar” 20 yaşlı yarımmüdafiəçinin agenti ilə daimi təmasdadırlar. İstedadlı oyunçu ətrafındakı vəziyyəti “Napoli” və Almaniyanın “Borussiya” (Dortmund) klubları da izləyir.

Kvaratsxeliya “Rubin”ə 2019-cu ildə “Rustavi”dən keçib. Bu mövsüm gürcüstanlı yarımmüdafiəçi Rusiya Premyer Liqasında 23 oyuna 4 qol vurub və 8 məhsuldar ötürmə verib. O, 2019-cu ildən Gürcüstan millisinə çağırılır.

Xviça Azərbaycan yığmasının keçmiş hücumçusu Badri Kvaratsxeliyanın oğludur. / sportinfo.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin