Yenidən yığmada – Robert Prosineçki

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin işsiz günləri qısa çəkəcək.

Bu yaxınlarda “Dənizlispor”dan ayrılan xorvatiyalı mütəxəssis yenidən yığmada çalışmağa yaxındır.

Prosineçkinin Şimali Makedoniya millisinin sükanı arxasına keçməsi gözlənilir. İqor Angelovskinin gedişindən sonra baş məşqçi axtarışlarını davam etdirən makedoniyalılar üçün Prosineçki prioritet hədəfdir. Tərəflər arasında danışıqlar artıq yekunlaşmaq üzrədir.

Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinə rəhbərlik edib. apa

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin