Superliqadan çıxanlar 150 milyon avro cərimə ÖDƏMƏLİDİR

Almaniyanın “DerSpiegel” nəşri 167 səhifəlik Superliqa sazişinin bəzi detallarını açıqlayıb.

Müqaviləyə əsasən, onu imzalayan klublar 23 il ərzində turnirdə çıxış etmək öhdəliyi götürür və ən tez üç il sonra Liqadan çıxa bilər. Əks halda klub 150 milyon avro cərimə ödəməlidir.

Əgər klub hər hansı bir ödəniş almadan turniri tərk edirsə, o zaman cərimə ödəməyə də bilər. Lakin bunun üçün onun müvafiq qərarının əleyhinə birdən artıq Superliqa klubu səs verməməlidir.

Qeyd edək ki, Superliqa 12 klubun imzası ilə təsis olunsa da, bir neçə gün ərzində klublardan 8-i onu tərk etmək barədə qərar verib.

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin