Gözəlliyi ilə göz qamaşdıran xanım futbolçu bağışlandı – FOTO

Madelin Rayt qaməti və gözəlliyi ilə göz qamaşdıran idmançılardandır.

“Çarlton”un qadın komandasında yer alan futbolçu xanımın ən böyük nöqsanı spirtli içkilərə və uyuşdurucu maddələrə aludəçiliyidir.

Kaim.Az Offsideplus.az-a istinadən xəbər verir ki, Madelin bu səbəbdən bir müddət öncə “Çarlton”dan qovulmuşdu. Qatıldığı əyləncə məclisində şardan uyuşdurucu maddə çəkməsi, üstəgəl, sükan arxasında spirtli içki qəbul etməsi ilə bağlı görüntülərin ortaya çıxmasından sonra rəhbərlik onu komandadan uzaqlaşdırmışdı.

Lakin ayrılıq uzun sürməyib. Rayt klub rəhbərliyi ilə görüşərək əməlindən peşmanlıq hissi duyduğunu bildirib, hamıdan üzr istəyib. Bundan sonra “Çarlton”un qapıları yenidən cəlbedici xanımın üzünə açılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin