İddiaçılar Turniri: Rəcəbov bu gün yenidən Firuzca ilə görüşəcək

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün VIII turun görüşünü keçirəcək.

Haqlı.az-ın məlumatına görə, 35 yaşlı qrossmeyster qara fiqurlarla Fransa təmsilçisi Alireza Firuzca ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Qeyd edək ki, Teymur Rəcəbov əvvəlki oyunlarında Alireza Firuzca (Fransa), Yan Nepomnyaşi (Rusiya), Yan-Kşiştof Duda (Polşa), Dinq Liren (Çin) və Rixard Rapport (Macarıstan) ilə heç-heçə edib, Hikaru Nakamura və Fabiano Karuanaya (hər ikisi ABŞ) isə uduzub. İlk dövrədən sonra Rəcəbov Firuzca ilə birlikdə hərəyə 2,5 xalla 7-8-ci yerləri bölüşür. Turnir cədvəlinə 5,5 xala malik Nepomnyaşi başçılıq edir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin