Azərbaycanın basketbol millisi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb

Azərbaycanın 3×3 basketbol üzrə kişilərdən ibarət milli komandası Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Haqlı.az xəbər verir ki, milli komanda Kiprin Limassol şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində yarımfinalda Lüksemburq yığmasına (15-13), finalda isə İrlandiya komandasına (20-16) qalib gəlib.

Bununla da Azərbaycan millisi 9-11 sentyabrda keçiriləcək final mərhələsinə vəsiqə qazanıb. Qeyd edək ki, final Avstriyanın Qratz şəhərində baş tutacaq.

Azərbaycan millisi basketbolun 3×3 növü üzrə 2014-cü ildən sonra ikinci dəfə Avropa çempionatının əsas mərhələsinə yüksəlib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin