Gürcüstan, Serbiya və Portuqaliya yığmaları rəqiblərini darmadağın edib

UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilib.

Haqlı.az-ın məlumatına görə, turun ilk oyun günündə A,B,C və D Liqalarında ümumilikdə 9 qarşılaşma oynanılıb.

A Liqasının 2-ci qrupunda Portuqaliya İsveçrəni qəbul edib. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollardan 2-ni Kriştianu Ronaldu vurub.

Qrupun digər oyununda İspaniya səfərdə Çexiyaya məğlubiyyətdən hər hissənin sonlarında vurduğu qollarla qurtulub.

B Liqasının 4-cü qrupunda Serbiya evdə Sloveniyanı darmadağın edib, Norveç isə səfərdə İsveç üzərində qələbə qazanıb. Skandinaviyalıların duelində hər iki qolu Erlinq Holann vurub.

C Liqasında 2-ci qrup qarşılaşmasında Kipr evdə Şimali İrlandiya ilə qolsuz heç-heçə edibsə, Yunanıstan səfərdə Kosovoya minimal hesabla qalib gəlib.

4-cü qrupun oyunlarına gəlincə, Şimali Makedoniya səfərdə Cəbəllütariqi 2:0 hesabı ilə yenib. Gürcüstan isə Bolqarıstanı darmadağın edərək, ardıcıl ikinci qələbəsini qazanıb.

Nəhayət, D Liqasında Malta səfərdə San-Marinoya qalib gəlib.

UEFA Millətlər Liqası

II tur

A Liqası

2-ci qrup

22:45. Portuqaliya – İsveçrə – 4:0

Qollar: Vilyam Karvalyu, 15. Kriştianu Ronaldu, 35; 40. Joau Kanselu, 68

22:45. Çexiya – İspaniya – 2:2

Qollar: Yakub Peşek, 5. Yan Kuxta, 66 – Qavi, 45+3. İnyiqo Martines, 90

Xal durumu: Portuqaliya – 4, Çexiya – 4, İspaniya – 2, İsveçrə – 0.

B Liqası

4-cü qrup

22:45. Serbiya – Sloveniya – 4:1

Qollar: Aleksandar Mitroviç, 24. Sergey Milinkoviç-Saviç, 56. Luka Yoviç, 85. Nemanya Radonyiç, 90+2 – Petar Stoyanoviç, 30

22:45. İsveç – Norveç – 1:2

Qollar: Antoni Elanqa, 90+2 – Erlinq Holann, 20 (pen.); 69

Xal durumu: Norveç – 6, Serbiya – 3, İsveç – 3, Sloveniya – 0.

C Liqası

2-ci qrup

20:00. Kipr – Şimali İrlandiya – 0:0

22:45. Kosovo – Yunanıstan – 0:1

Qol: Tasos Bakasetas, 36

Xal durumu: Yunanıstan – 6, Kosovo – 3, Şimali İrlandiya – 1, Kipr – 1

4-cü qrup

20:00. Cəbəllütariq – Şimali Makedoniya – 0:2

Qollar: Enis Bardi, 21. Boban Nikolov, 84

22:45. Bolqarıstan – Gürcüstan – 2:5

Qollar: Atanas İliev, 50. İliyan Stefanov, 83 – Zuriko Davitaşvili, 4. Andrea Xristov, 31 (öz qapısına). Budu Zivzivadze, 52. Xviça Kvaratsxeliya, 58 (pen.). Valeri Qazaişvili, 70

Xal durumu: Gürcüstan – 6, Şimali Makedoniya – 4, Bolqarıstan – 1, Cəbəllütariq – 0

D Liqası

2-ci qrup

17:00. San-Marino – Malta – 0:2

Qollar: Yan Busuttil, 58. Mettyu Giyomyo, 75

Xal durumu: Malta – 3 (1 oyuna), Estoniya – 3 (1), San-Marino – 0 (2).

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin