Karate1 Gənclər liqasında komandamız 2 medal qazanıb

Kiprin Limassol şəhərində Karate1 Gənclər liqasında iştirak edən karateçilərimiz ilk medallarını qazanıblar.

Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, 14-15 yaşlı gənclər arasında Rəşid Süleymanov (70 kq) və Rahib Əzim (70+ kq) gümüş mükafata sahib olublar.

Gənclər liqasına 51 ölkədən 1612 karateçi qatılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin