Azərbaycan cüdoçuları Avropa çempionatını 3 medalla başa vurub

Azərbaycan cüdoçusu Elmar Qasımov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

Haqlı.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində rəqib İsveçrə təmsilçisi Daniel Ayx olub. Rəqibinə ipponla uduzan Qasımov 5-ci yerlə kifayətlənib.

Bununla da Azərbaycan millisi Avropa çempionatını 3 medalla başa vurub. Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) bürünc medala yiyələnib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin