Polşada gimnastlarımız daha 2 medal qazanıblar

Polşanın Varşava şəhərində bədii gimnastika üzrə keçirilən “XIV Inna Cup” adlı beynalxalq turnirdə gimnastlarımız daha 2 medal qazanıblar.

Haqlı.az xəbər verir ki, fərdi proqramda mübarizə aparan təmsilçilərimiz İlona Zeynalova halqa, Mədinə Dəmirova isə topla hərəkətlərin icrasına görə gümüş medal əldə ediblər.

Qeyd edək ki, bundan əvvəl çoxnövçülükdə Kamilla Qafarova gənclər arasında qızıl medala sahib olub. İlona Zeynalova isə böyüklər arasında gümüş medala yiyələnib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin