PSJ 222 milyona aldığı Neymarı 90 milyona satacaq

Fransanın PSJ klubu braziliyalı hücumçu Neymarı yayda 90 milyon avroya satmağa hazırdır.

Haqlı.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris klubu Çempionlar Liqasının pley-off mərhələsində rəqabətədavamlı olmaq üçün yaxın vaxtlarda böyük dəyişikliklər etmək niyyətindədir.

Neymarın müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulsa da, onlar sözügedən müqaviləni bu yay ləğv etmək istəyirlər.

Qeyd edək ki, PSJ onu 2017-ci ildə “Barselona”dan 222 milyon avroya alıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin