Şəhriyar Məmmədyarov polşalı şahmatçıya uduzub

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının birinci mərhələsində növbəti görüşünü keçirib.

Haqlı.az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster “Oslo Esports Cup”ın dördüncü turunda polşalı Yan-Kşiştof Duda ilə üz-üzə gəlib.

İlk partiyada qara fiqurlarla rəqibinə uduzan Məmmədyarov növbəti görüşdə heç-heçə edib. Üçüncü partiyada qara fiqurlarla qələbə qazanan Azərbaycan təmsilçisi sonrakı qarşılaşmada sülhə razılaşıb. Son iki partiyada da Duda ilə bacarmayan təcrübəli şahmatçı yekunda 2:4 hesabı ilə məğlub olub.

Məmmədyarov ilk üç turda çinli Le Kuanq Lyeyə qalib gəlib, ardınca hindistanlı Rameşbabu Praqnanandhaya və kanadalı Erik Hansenə uduzub. O, hazırda 3 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin