Azərbaycanın daha iki cüdoçusu Avropa Kubokunun qalibi olub

Azərbaycan daha bir cüdoçusu Xorvatiyanın Dubrovnik şəhərində keçirilən Avropa Kubokunun qalibi olub.

Haqlı.az-ın məlumatına görə, 100 kq-dan yuxarı çəkidə çıxış edən İmran Yusifov finalda xorvatiyalı Marsel Skaletsi məğlub edərək, qızıl medal qazanıb.

81 kq-da yarışan Hasil Cəfərov və 100 kq-da yer alan Adil Kərimli isə 3-cü yer uğrunda qarşılaşmalarda uduzaraq, medalsız qalıblar.

Beləliklə, Azərbaycan millisi Avropa Kubokunu 5 medalla başa vurub. İmran Yusifovla yanaşı, Zelim Tçkayev (81 kq), İsmayıl İbrahimov (66 kq) və Nəriman Mirzəyev (73 kq) qızıl, Nazir Talıbov (60 kq) isə bürünc medala sahib çıxıblar.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin