Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası Bakı keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.
Haqlı.az-ın məlumatına görə, tərkibi Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda 5 halqa ilə hərəkətlərdə 32.850 xal toplayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Kollektiv 3 lent və 2 topla hərəkətlərdə isə hakimlərdən 24.750 xal alıb və 5-ci olub.
Qeyd edək ki, Azərbaycan komandası ötən gün çoxnövçülükdə ikinci yeri tutub.