Premyer Liqa: “Neftçi” səfərdə, “Sabah” evdə qələbə qazanıb – VİDEO

Azərbaycan Premyer Liqasında IV dövrəyə start verilib.

Haqlı.az xəbər verir ki, XXII turun ilk oyun günündə iki qarşılaşma baş tutub.

Dövrənin ilk matçı Şamaxıda keçirilib. Yeni adla ilk matça çıxan şəhərin eyniadlı təmsilçisi “Neftçi”ni qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun mərkəzi oyunu Bakıda keçirilib. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sabah”la “Zirə” Masazırda üz-üzə gəlib. Meydan sahibləri 3:1 hesablı qələbəyə seviniblər.

Qeyd edək ki, tura sabah keçiriləcək “Sumqayıt” – “Qarabağ” və “Səbail” – “Qəbələ” matçları ilə yekun vurulacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin