“Qəbələ”nin legioneri: “50 matçlıq hədəfə çatmağım məni xoşbəxt edir”

“Hələlik mövsüm bitməyib, klubun məqsədləri yolunda davam edəcəyik”.

Haqlı.az-ın məlumatına görə, bunu “Qəbələ” klubunun braziliyalı futbolçusu Rafael Utziq ölkəsinin mətbuatına açıqlamasında deyib.

26 yaşlı hücumçu Konfrans Liqasına vəsiqə qazanmaq istədiklərini bildirib: “Bunun üçün Premyer Liqada 7, ölkə kubokunda isə yarımfinal oyunlarımız var”.

“Keşlə” ilə 1:1 hesablı heç-heçə etdikləri XX tur oyununda “qırmızı-qaralar”da 50-ci matça çıxmış Utziq bunun üçün xoşbəxt olduğunu söyləyib: “Qəbələ” mənim Avropada ilk klubumdur. burada 50 matçlıq mərhələyə çatmağım məni xoşbəxt edir”.

Qeyd edək ki, “Qəbələ” və “Qarabağ” komandaları arasında ölkə kubokunun yarımfinal mərhələsinin ilk qarşılaşması aprelin 20-də, cavab oyunu isə aprelin 29-da olacaq. Əyalət təmsilçisi Premyer Liqada 21 turdan sonra 34 xalla 4-cü pillədə qərarlaşıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin