Avropa çempionatı: Azərbaycan şahmatçısı ikinci pilləyə yüksəlib

Azərbaycan təmsilçiləri Sloveniyada kişi şahmatçılar arasında şəxsi Avropa çempionatında inamlı çıxışlarını davam etdirirlər.

Haqlı.az-ın məlumatına görə, 9-u turda çexiyalı David Navaranı məğlub edən şahmatçı Abdulla Qədimbəyli 7 xalla ikinci pilləyə yüksəlib. Aktivlərində 6,5 xal olan Misrətdin İsgəndərov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov 5-19-cu yerləri bölüşürlər.

Yarış cədvəlinə 7,5 xalla almaniyalı Matias Blubaum başçılıq edir.

İsveçrə sistemi üzrə təşkil olunan yarış 11 turdan ibarətdir. Turnirin ümumi mükafat fondu 100 min avro təşkil edir. Qitə birinciliyinin nəticələrinə əsasən, 20 şahmatçı 2023-cü ildə keçiriləcək dünya kuboku yarışlarına vəsiqə qazanacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin