Rafiq Hüseynov üçqat Avropa çempionu oldu

Bu gün Azərbaycanın yunan-Roma güləşçimiz Rafiq Hüseynov (82 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Haqlı.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya və ikiqat Avropa çempionu olan güləşçimiz həlledici görüşdə Qela Bolkvadze (Gürcüstan) il’ qarşılaşıb. Rəqibinə 2:1 hesabı ilə qalib gələn Hüseynov karyerasında üçüncü dəfə Avropa çempionatının qızıl medalını qazanıb.

Murad Məmmədov (60 kq) bürünc medal uğrunda görüşdə rumıniyalı Rezvan Arnautu məğlub edib – 5:2.

Həsrət Cəfərov (67 kq) serbiyalı Sebastian Nadla bürünc medal üçün güləşib. Rəqibinə 8:1 hesabı ilə qalib gələn Cəfərov böyüklərin yarışında Avropa çempionatında ilk dəfə mükafatçılar sırasında yer alıb.

Ülvi Qənizadənin (72 kq) bürünc medal uğrunda rəqibi Kristupas Şleyva (Litva) olub. Rəqibinə 14:7 hesabı ilə qalib gələn Qənizadə Azərbaycana 8-ci medalı qazandırıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin