SON DƏQİQƏ: 51 nəfər SAXLANILDI! DİN-dən İSTİ ƏMƏLİYYAT

2021-ci il fevral ayının 11-də daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat

KAİM.az-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,

– Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 43 cinayətin üstü “isti izlər”lə açılmışdır.

– Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunmuşdur.

– Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

– Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

– Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılmışdır.

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin