Qusarda karantin qaydalarını pozaraq fəaliyyət göstərən oyun zalı aşkarlanıb

Qusarda karantin qaydalarını pozan oyun zalı aşkar edilib

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan  Kaim.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman karantin qaydalarını pozaraq fəaliyyət göstərən oyun zalı aşkarlayıblar. Obyektə baxış zamanı 7 nəfər müştərinin xüsusi karantin qaydalarını pozaraq oyun zalında olduqları aşkar edilib. Obyektin sahibi Yarəhməd Pənahov və  müştərilər saxlanılaraq RPŞ-nə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə olunublar.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin