Daşkəsəndə qəza: Ölən və yaralanan var

Daşkəsəndə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazonfo”nun xəbərinə görə, hadisə Daşkəsən şəhərinin girişində baş verib.

Hərəkətdə olan “QAZel” markalı yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı maşında olan 1999-cu il təvəllüdlü Nəriman Kərimov vəfat edib, bir nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin