Bakıda iki piyadanı avtomobil vurub

Paytaxtın Xətai və Nərimanov rayonlarında yol-nəqliyyatı hadisələri baş verib.

KAİM.az-ın xəbərinə görə, Xətai rayonu, Qaçaq Nəbi küçəsində piyada yol keçərkən onu avtomobil vurub.

1961-ci il təvəllüdlü Xıdırova Fəridə Yaşar qızı yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

Oxşar hadisə Nərimanov rayonunda da baş verib. Ziya Bünyadov prospektində yerüstü piyada körpüsünün altından keçən 1962-ci il təvəllüdlü Heydərli Elxan Yaqub oğlunu minik avtomobili vurub.

Yaralıları xəstəxanaya yerləşdiriblər. (APA)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin