“Xankəndində Azərbaycan bayrağı dalğalanacaq, Azərbaycan manatı da işləyəcək”

Məlum olduğu ki, bunları hər ikisi fəlakətdir, dəhşətli fəlakətdir. Zəlzələlər təbiətin əli ilə törədilən təbii, müharibələr insan əli ilə törədilən insani fəlakətdir. Oxşar cəhətləri olduğu kimi, fərqli cəhətləri də var. Hər ikisi cəmiyyətdə, təbiətdə böyük faciələrə, kataklizmlərə səbər olur. Amma cəmiyyətə məlum olmayan bəzi məqamlar da var. Mənim də məqsədim bu məqamları çatdırmaqdır…

Deməli, zəlzələlər bir qayda olaraq, saniyələrlə, bəzən dəqiqələrlə davam edir. Zəlzələlərdən əvvəl saatlarla, bəzən günlərlə “forşok”lar (zəlzələdən əvvəlki titrəmələr) müşahidə erilir. Zəlzələdən sonra isə “aftaşok” lar (zəlzələdən sonrakı titrəmələr) davam edir, arabir günlərlə çəkir. Yeri gəlmişkən, zəlzələlərin proqnozlaşdırılması da “forşoklar”ın izlənilməsinə və qeyd edilməsinə əsaslanır. Amma burda 100 faizlik zəmanət yoxdur, nəticə əllinin əlliyədir. Yəni forşakların yalnız yarısı zəlzələ ilə nəticələnir, yarısı isə, türkün sözü boş verir… “Aftaşok”larla da vəziyyət belədir, bəzən yenidən zəlzələ baş verir…

Və keçək mətləbə… Müharibələr də zəlzələlər kimidir, əvvəl “forşok”lar baş verir, sonra “aftaşok” lar gəlir. Müharibələrin proqnozlaşdırılması da bir qayda olaraq, “forşok”lar izlənilməsinə və qeyd edilməsinə əsaslanır. Məsələn, Qarabağ müharibəsindən əvvəl forşok”lar hardasa 2016-cı ildən başlayaraq, 4 il çəkdi. Amma Ermənistan tərəfi nəticə çıxara, müharibəni proqnozlaşdıra bilmədi. Nəticədə erməni faciəsi baş verdi, müharibəni uduzdular, hətta dövlətçiliyi itirmək təhlükəsi qarşısında qaldılar…

Hazırda müharibədə qələbədən sonrakı titrəmələr – “aftaşok”lar davam edir. Bunların nə qədər çəkəcəyi məlum deyil, bir il də, beş il də çəkə bilər. Azərbaycanda cəmiyyətin radikal, səbirsiz təbəqəsi də bu “aftaşok”ları dəyərləndirə bilmir, konkret nəticələri bu gün, ya sabah gözləyir. Müharibədə birmənalı qələbədən sonra oyundankənar vəziyyətdə qalan müxalifət də fürsətdən istifadə etmək, gündəmə gəlmək istəyir. Amma zaman öz sözünü deyəcək, “aftaşok”lar seyrələcək, hər şey qaydasına düşəcək. Xankəndində Azərbaycan bayrağı dalğalanacaq, Azərbaycan manatı da işləyəcək…

Və radikal müxalifət də bədbəxt qonşuların gününə düşəcək…

Bəli, müharibələr də zəlzələlər kimidir, “aftaşok”ları dəyərləndirməmək, “forşok”ları dəyərləndirə bilməmək qədər faciədir…
KONKRET.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin