Musa Qasımlı: “Xocalı soyqırımı yəhudi xolokostundan daha qəddar üsullarla törədilib”

“Ermənistanın dünya tarixində indiyədək rast gəlinməyən vəhşiliyinin nümunəsi, bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayəti olan Xocalıda törətdiyi soyqırımı nasist Almaniyasının yəhudilərə qarşı törətdiyi xolokostdan da qəddar və amansız üsullarla həyata keçirilib.”

KAİM.az xəbər verir ki, bu fikirləri tarixçi alim, millət vəkili Musa Qasımlı öz “Facebook” hesabında erməni vəhşiliklərini şərh edərkən yazıb.

“Kiçik bir müqayisənin aparılması Xocalıda törədilən soyqırımının misli görünməmiş dəhşətlərini görməyə imkan verir. Nasistlər yəhudiləri işdən çıxarır, ictimai yerlərdə onlara xidmət etmir, yaşayış yerlərindən qovur, mal və mülkünü əllərindən alır, təhqir edirdilər. Müharibə başlayandan sonra isə yəhudiləri kütləvi şəkildə öldürür, maşınlara doldurub qaz buraxaraq məhv edir və həbs düşərgələrində kütləvi şəkildə öldürürdülər.” deyə o tarixi faktların təməlində ermənilərlə nasisləri müqayisə edib.

Musa Qasımlı bildirib ki, ermənilərin törətdiyi soyqırım nasislərin işgəncə növlərindən daha betər və acımasız olub:

“Ermənistanın azərbaycanlılara qarşı hərəkətləri isə daha qəddardır. Azərbaycanlılar Ermənistanda da işdən qovulur, ictimai yerlərdə onlara xidmət edilmir, mal və mülkləri əllərindən alınır, təhqir edilirdilər. Hamamlıda (Spitak) zəlzələ zamanı fransız xilasediciləri ağzı qaynaqlanmış qaz borularına doldurulmuş azərbaycanlı uşaqların cəsədlərini tapmışdılar. Bu gün Ermənistanda azərbaycanlılar olmadığı kimi, yəhudilər də yoxdur. Ermənistan antisemitizmin mövcud olduğu ölkələrin cərgəsində öndə gəlir. Xocalıda hərbə heç bir aidiyyatı olmayan uşaqlar divara mixlanıb, canlı-canlı quyulara, şaqqalanıb itlərə atılıb, evlərə toplanıb od vurulub, başlarının dəriləri soyulub, bədən əzaları kəsilib. Bütün bunlar bəşəriyyət tarixində rast gəlinməyən vəhşilik və ən ağır soyqırımıdır. Ermənistan həm dövlət, həm də ayrı-ayrı fərdlər səviyyəsində bəşəriyyətə və sivilizasiyaya qarşı soyqırımı törədib. Xocalı soyqırımı Ermənistanın bəşəriyyətə və sivilizasiyaya qarşı törətdiyi ağır cinayətdir!”

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin