Müdafiə nazirliyi bu səbəbdən əsgər anasından ÜZR İSTƏDİ

Müdafiə Nazirliyi əsgər anasına göndərilən və sosial şəbəkələrdə yayılan məktuba aydınlıq gətirib.

KAİM.az xəbər verir ki, Nazirliyin yaydığı məlumata görə məktubun tərtibatı zamanı mexaniki səhvə yol verilib.

“Bildiririk ki, düzəliş olunaraq məktub valideynə yenidən göndərilib. Yol verilən mexaniki səhvə görə valideyndən üzr istəyirik”, – deyə nazirliyin açıqlamasında qeyd olunur.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin müalicə-profilaktika şöbəsinin rəisi tərəfindən Vətən müharibəsində yaralanmış hərbi qulluqçu Şahin Qulieyevin anasına göndərilən məktub yayımlanıb. Sözügedən idarənin şöbə rəisi Firuddin Nəbiyev tərəfindən göndərilən cavab məktubunda hərbi qulluqçunun ad soyadı yanlış qeyd edilib. Belə ki, məktubun əvvəlində hərbi qulluqçunun adı düzgün yazılsa da, sonradan o Azər Əliyev kimi təqdim edilib.

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin