Baydenin kritik Qarabağ siyasəti və Blinkenin erməni lobbisinə JESTİ-ANALİZ

ABŞ-ın 90-cı illərdən bu yana Azərbaycan siyasəti enerji, təhlükəsizlik və demokratiya prinsipləri üzrə aparılır. Birləşmiş Ştatlar prioritet olaraq daha çox enerji təhlükəsizliyi məsələsinə diqqət yetirir. 

Baydendən gözləntilər.

ABŞ-ın yeni prezidenti Co Bayden artıq öz adminstrasiyasını formalaşdırmağa başlayıb. Yeni adminstrasiya mozaikdir, bütün sosial qrupların kombinasiyasını görmək mümkündür. Transgenderdən tutmuş, cinsi azlığın nümayəndəsinə qədər şəxsləri yeni adminstrasiyada görə bilərik. Lakin, ABŞ-ın xarici siyasət kursunu dövlət katibi həyata keçirir. Bu da, Toni Blinkendir. Blinken Obama adminstrasiyasında da təmsil olunurdu.

Toni Blinkenin dedikləri.

ABŞ-ın yeni dövlət katibi olacaq Blinken deyib ki, bizdən əvvəl Tramp adminstrasiyası Azərbaycanın Qarabağa təcavüzünü sakitcə izlədi, Azərbaycana veriləcək dəstəyi yenidən nəzərdən keçirə bilərik, hətta 907-ci düzəlişi yenidən gündəmə gətirə bilərik. Blinken onu da deyib ki, Ermənistanda demokratiya və iqtisadiyyatın təşviq edilməsi və bölgənin təhlükəsizliyi üçün Konqres və Pentaqon ilə görüşüb yardım ayırmağa çalışacağıq.

Mənim məsələyə yanaşmam odur ki, bu, Bayden adminstrasiyasının erməni lobbisinə bir jestidir, lakin hər şeyin belə olacağı anlamına da gələ bilməz. Hətta, yeni adminstrasiya bu siyasəti həyata keçirsə, Azərbaycanı daha da Rusiyanın vektoruna çəkmiş olar. Deməyim odur ki, Vaşinqtondakı ağıllı strateqlər bundan xəbərsiz ola bilməzlər. Əgər, Blinkenin dedikləri realpolitikanın həyata keçirilməsi olacaqsa, bu Azərbaycanda avtoritarizmin daha da dərinləşməsinə, Rusiyanın bölgədə daha çox möhkəmlənməsinə xidmət etmiş olacaq.

Yeri gəlmişkən, Baydenin siyasi karyerası boyu erməni və yunan diasporu ilə həmişə yaxın əlaqələrinin olduğunu görmək mümkündür. Məsələn, o Türkiyənin 1974-də Kiprdəki əməliyyatlarına bir senator kimi sərt münasibət bəsləmişdi. Son prezident seçkiləri ərəfəsində ermənilərə sıcaq mesajlar da vermişdi. Bayden buna rəğmən güman edirəm ki, qərarların və strateji siyasətin qəbul edilməsində konsensusa riayət edəcək. Ola bilsin ki, Bayden Dağlıq Qarabağ məsələsində neytral mövqe nümayiş etdirsin. Zənnimcə, ABŞ üçün Azərbaycanın geostrateji mahiyyəti Ermənistandan az deyil.

Kamal ƏLİYEV

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin