Nazir müavini: “Məktəbəqədər təhsil pilləsində əhatəlilik göstəricisi yaxşı deyil”

“Məktəbəqədər təhsil pilləmizdə əhatəlilik göstəricisi yaxşı deyil. Yəni, istədiyimiz səviyyədə deyil”.

Haqlı.az-ın xəbərinə görə, bunu təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, digər ölkələrdə, hətta qonşu ölkələrdə bu göstərici 80 faizdən çoxdur:

“Ölkəmizdə isə bu göstərici 32 faizdir. Onu da diqqətinizə çatdırım ki, 2016-cı ildə bu göstərici 15,5 faiz təşkil edib”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin