MN: “COVID-19 xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə işlər davam etdirilir”

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında Tibb İdarəsinin Tibbi Profilaktika və Ekologiya şöbəsinin təşkilatçılığı ilə “Silahlı Qüvvələrdə COVID-19 infeksiyasının dünəni, bu günü və sabahı” mövzusunda terapevtik profilli elmi-praktiki konfrans keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Konfransda COVID-19 infeksiyasının diaqnostikası, müalicə prinsipləri və digər mövzularda həkim-mütəxəssislərin məruzələri dinlənilib.

Qeyd olunub ki, Azərbaycan Ordusunda COVID-19 xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi ilə koordinasiyalı şəkildə təxirəsalınmaz tədbirlər həyata keçirilib və hazırda da bu istiqamətdə işlər davam etdirilir.

Sonda COVID-19 infeksiyasına qarşı keçirilən tədbirlərdə fərqlənən həkim və tibb işçilərinə fəxri fərmanlar təqdim edilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin