Aİ-nin Azərbaycanın ixrac strategiyasına dəstək layihəsi yekunlaşıb

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “İxrac strategiyasının hazırlanmasında və həyata keçirilməsində Azərbaycan hökumətinə dəstək” layihəsi yekunlaşıb.

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) verilən məlumata görə, dəyəri 1 mln. avro olan və 18 aylıq müddəti əhatə edən layihə çərçivəsində milli ixrac siyasəti və strategiyalarının həyata keçirilməsi üçün koordinasiya, izlənmə və hesabatlılıq üzrə effektiv sistemin yaradılmasına, AZPROMO xidmətlərin göstərilməsi potensialının artırılması və onun strateji məqsədlərinin ticarətin təşviqi üzrə beynəlxalq təşkilatların qabaqcıl təcrübəsi ilə uyğunlaşdırılmasına, həmçinin ölkədə keyfiyyət infrastrukturu sisteminin beynəlxalq normalar əsasında təkmilləşdirilməsinə dəstək göstərilib.

Bununla yanaşı, layihənin nəticəsi olaraq Milli İxrac Strategiyasının, həmçinin sektorlar üzrə strategiyaların işlənib hazırlanması və həyata keçirilməsi üçün AZPROMO-ya dəstək göstərilib, ixraca hazırlığın qiymətləndirilməsinin təşkilində və elektron ixrac biznesinin qurulmasında kiçik və orta bizneslərə təlimlər keçirilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin