Azərbaycanda daha 3 kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunan növbəti hərracda 3 kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib.

Xidmətdən verilən məlumata görə, satılan əmlaklar İmişli, Lənkəran və İsmayıllı rayonlarında yerləşir, xidmət və emal sahələrinə aiddir. Əmlaklar torpaq sahələri ilə birgə özəlləşdirilib.

Budəfəki hərracda satılmış dövlət əmlakları üzrə 67,5 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur. Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytından tanış olmaq olar.

Qeyd edək ki, cari ay üzrə növbəti hərrac mayın 17-də keçiriləcək. Hərraca 10 kiçik dövlət müəssisə və obyekti çıxarılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin