Nazir: “Azərbaycan “Yaşıl Enerji” üzrə yeni təklifləri dəyərləndirib”

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Abu-Dabidə “Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi ilə görüşüb.

Haqlı.az xəbər verir ki, nazir bu barədə “Twitter“ hesabında yazıb.

O qeyd edib ki, görüşdə “Yaşıl Enerji” üzrə yeni təkliflər dəyərləndirilib.

“Masdar” şirkətinin Abu-Dabidə yerləşən mənzil-qərargahında baş tutan geniş tərkibli görüşdə bərpa olunan mənbələrdən enerji istehsalı üzrə əməkdaşlığın yeni layihələrlə genişləndirilməsi əsas müzakirə obyekti olub.

“Masdar” şirkətinin əməkdaşlıq təklifləri Azərbaycanın “yaşıl” enerji siyasəti və hədəfləri çərçivəsində, texniki-iqtisadi və digər aspektlərdə dəyərləndirilib.

Görüşdə, həmçinin Qaradağ GES-in nəzərdə tutulan vaxtda istismara verilməsi istiqamətində görülən işlər və icra prosesini sürətləndirəcək qarşılıqlı addımlar da nəzərdən keçirilib. Bildirilib ki,“Masdar” ilə hazırda həyata keçirilən və planlaşdırılan layihələr Azərbaycanın bərpa olunan mənbələrdən elektrik enerjisinin və hidrogenin ixrcatçısı olmasını, eləcə də karbon emissiyalarının azaldılmasına birgə töhfəni təmin edəcək böyük imkanlardır.

Xatırladaq ki, bu ilin mart ayında “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.

Ötən ilin aprel ayında isə Azərbaycan Energetika Nazirliyi və “Azərenerji” ASC ilə “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin