Gürcüstan Respublikasında qeydə alınan zəlzələ Azərbaycan ərazisində də hiss olunub.
Haqlı.az-ın məlumatına görə, Gürcüstan ərazisində qeydə alınan 5,3 bal gücündə zəlzələ Gürcüstanla sərhəd olan Qazax rayonunda da hiss olunub.
Qeyd edək ki, zəlzələnin episentri Gürcüstan Respublikasının Dmanisi rayonun Yırğançay kəndində olub.