Asəf Hacıyev Gürcüstan parlamentinin sədri ilə Ukraynanı müzakirə edib

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının Baş katibi Asəf Hacıyevlə görüşüb.

Haqlı.az xəbər verir ki, bu barədə qanunverici orqanın Mətbuat Xidmətindən bildirilib.

Spiker qeyd edib ki, Qara dəniz ölkələri arasında əməkdaşlıq mövcud regional çağırışlar nəzərə alınmaqla xüsusilə vacibdir. Onun sözlərinə görə, QDİƏT regional tərəfdaşlığın gücləndirilməsi üçün yaxşı platformadır.

Görüşdə Ukrayna və Qara dəniz bölgəsində baş verən hazırkı proseslər müzakirə olunub. Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin region və dünya üçün ciddi nəticələrə gətirib çıxaracağı vurğulanıb.

A.Hacıyev müasir beynəlxalq münasibətlərdə ölkələrin bir-birinin suverenliyini və ərazi bütövlüyü prinsipini dəstəkləməsinin vacibliyini qeyd edib.

Tərəflər Qara dəniz regionunda səmərəli əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinə hazırlıqlarını ifadə ediblər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin