DİN və Avropa Şurası müvəqqəti saxlama yerləri ilə bağlı təlim keçirib – FOTO

Daxili İşlər Nazirliyi və Avropa Şurasının Bakıdakı ofisinin təşkilatçılığı ilə müvəqqəti saxlama yerlərinin vəzifəli şəxsləri üçün təlim sessiya keçirilib.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

 

Xəbərə görə, “Daha yaxşı saxlanma xidməti üçün standartların tətbiqi və saxlanılan şəxslərin hüquqlarına hörmət” mövzusunda baş tutan tədbirdə Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Zoltan Hernyeş, Milli Məclisin sədrinin 1-ci müavini Əli Hüseynli, daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov və Avropa Şurasının İnsan Hüquqları və Qanunların Aliliyi Baş Direktorluğunda Polislə Əməkdaşlıq və Azadlıqdan Məhrumetmə Şöbəsinin rəhbəri xanım Tanja Rakusic-Hadzic iştirak ediblər. İki gün davam edən tədbirdə şəxsin həbsdə saxlanılması zamanı yaranan ümumi hüquqi və etik məsələlər, həbsxanaya salınmalı olan şəxsin qəbulu zamanı riayət edilməli olan prosedurlar, təcridxanaya daxil olarkən tibbi müayinə və s. mövzularda çıxışlar edilib. Sessiyada iştirak edən polis əməkdaşlarına beynəlxalq hüquqda bu mövzularda olan normalar barədə ətraflı məlumatlar verilib fikir mübadiləsi aparılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin