Elman Nəsirov: “Elə edilməlidir ki, xalqımız çörəklə imtahana çəkilməsin”

“Bu gün dünyada taxılın ixracında birinci yerdə Rusiya, beşinci yerdə Ukrayna dayanır”.

Haqlı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib.

Deputat bildirib ki, bu gün bu iki dövlət müharibə aparır və müharibənin sonu görünmür: “Belə reallıqda ərzaq qıtlığı təhlükəsi realdır. Prezident İlham Əliyevin müşavirədə dediyi kimi, Azərbaycan 75 % ərzaq taxılını başqa ölkələrdən idxal etmək məcburiyyətindədir. Bu gün Rusiyadan 780 min ton taxıl alırıq. Yəni bir ölkədən taxıl idxalında bu qədər çox asılılığın olması qənaətbəxş hal deyildir. Qazaxıstan isə taxıl ixracına kvota tətbiq edir. Bu, bizim taxıl istehsalçılarını çox ciddi düşündürməlidir. Taxıl məhsulu istehsal edən sahibkarlara subsidiyaların həcmi artırılmalıdır. Elə edilməlidir ki, xalqımız belə gözlənilməz situasiyalarda çörəklə imtahana çəkilməsin”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin