Milli Məclisin Şuşada keçiriləcək növbəti birgə komitə iclasının gündəliyi açıqlanıb

Milli Məclisin Şuşada keçiriləcək növbəti birgə komitə iclasının gündəliyi açıqlanıb.

Haqlı.az-ın xəbərinə görə, parlamentin İctimai birliklər və dini qurumlar komitəsi ilə İnsan hüquqları komitəsinin Şuşa şəhərində keçiriləcək birgə iclasında “İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlər”, “Böyük Qayıdış: Məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsində beynəlxalq hüquq və humanitar təsisatların yeri və rolu”, “Şuşa ili: Qarabağda zəfərin davamı kimi beynəlxalq hüquqi, regional və humanitar nəticələr” mövzularında dinləmələr keçriləcək.

İclas aprelin 27-də baş tutacaq.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin