Birinci vitse-prezident Mehriban Əliyeva xristian icmasını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə təbrik edib.

Haqlı.az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hamıya möhkəm cansağlığı, xoş duyğular və uzun ömür arzulayıram! Qoy hər bir Azərbaycan vətəndaşının həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun! Uca Tanrı bu mübarək bayram günlərində edilən bütün duaları qəbul etsin!”.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin