DİN: Türkiyə polisinin bütün nailiyyətlərinə öz uğurlarımız qədər sevinirik

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) Türkiyə Polis Təşkilatının yaranmasının 177-ci ildönümü münasibətilə Türkiyə Polisinin əməkdaşlarını təbrik edib.

Haqlı.az xəbər verir ki, bu barədə DİN-in tviter hesabında bildirilir.

“Türkiyə Polis Təşkilatının yaranmasının 177-ci ildönümü münasibətilə Türkiyə Polisinin əməkdaşlarını ürəkdən təbrik edirik.

Bu gün Türkiyə polisi xalqına və dövlətinə ləyaqətlə xidmət edir, insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır, cinayətkarlığa qarşı barışmaz mübarizə aparır.

Biz Türkiyə polisinin bütün nailiyyətlərinə öz uğurlarımız qədər sevinirik.

Əlamətdar gündə Türk Polis Təşkilatının hər bir əməkdaşına ən xoş arzularımızı yetirir, qardaş Türkiyə xalqına daim rifah və əmin-amanlıq diləyirik”, – paylaşımda deyilir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin