Yaponiya Azərbaycana vərəm diaqnostikası ilə bağlı cihaz verəcək

“Yaponiyada hər il vərəm səbəbində 2 min nəfər həyatını itirir”.

Haqlı.az xəbər verir ki, Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş Beynəlxalq Konfransda bildirib.

Onun sözlərinə görə, hər il Yaponiyada 10 minə yaxın insan vərəmə tutulur.

“Biz Azərbaycana Yaponiyanın ən yeni vərəm diaqnostik texnologiyalarını verəcəyik. Ümid edirəm ki, bu cihaz vərəmin ortaya çıxarılmasına böyük kömək edəcək”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin