Ukrayna səfiri Xocalı abidəsini ziyarət edib

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Bakıda Xocalı abidəsini ziyarət edib.

Haqlı.az-ın xəbərinə görə, bu barədə səfir özünün “Twitter” hesabında bildirib.

“30 il əvvəl baş vermiş Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələrinin qoyulmasında iştirak etdim. Ukrayna Azərbaycan xalqının dərdinə şərikdir!”, – diplomat qeyd edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin